Özbəkistanda qazdoldurma məntəqəsində partlayış - 6 ölü

 18:19 08.06.2026     227

Özbəkistanın Kaşkadarya bölgəsində yerləşən maye qazdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Partlayış nəticəsində bir sıra nəqliyyat vasitələrinə və yeraltı yanacaq çənlərinə də ciddi ziyan dəyib.

Hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən