Latviyada hava hücumu xəbərdarlığı elan edildi

 18:46 08.06.2026     264

Latviya Milli Silahlı Qüvvələri hava məkanına potensial təhlükə barədə xəbərdarlıq edib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbərdarlıq Ludza, Rezekne, Kraslava və Balvi bələdiyyələrini əhatə edib. 

"Sakinlərə mobil telefonlar vasitəsilə xəbərdarlıq göndərilib. İkinci xəbərdarlıq birincinin bitməsindən təxminən bir saat sonra göndərilib", - deyə açıqlamada bildirilir. 

Daha əvvəl  NATO qırıcılarının Latviya hava məkanını keçən  pilotsuz təyyarəni vurduğu barədə məlumat yayılmışdı. 

Vumart və Güvən reklamı Vumart Güvən