Trampdan Netanyahuya sərt xəbərdarlıq: “İranla təkbətək qala bilərsən”

 23:12 08.06.2026     563

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu ölkəsini “İranla təkbətək qoymaqla” təhdid edib.

Redaktor.az xəbər verir ki, ABŞ liderinin bu sözlərini İsrailin “The Jerusalem Post” qəzeti yayıb.

Tramp regionda gərginliyin azaldılması üçün atdığı diplomatik addımlardan danışarkən Netanyahu ilə apardığı qapalı telefon danışığının təfərrüatlarını açıqlayıb. ABŞ Prezidenti İran tərəfinin müraciətindən sonra İsrail rəhbərliyinə təzyiq etdiyini etiraf edib.

Ağ Ev rəhbəri İsrail Baş nazirinə etdiyi xəbərdarlığı bu sözlərlə ifadə edib:

“Onlar (iranlılar) bizdən İsrailə hücumları dayandırmağı deməyimizi xahiş etdilər. Mən Bibiyə (Benyamin Netanyahuya) zəng etdim və onu dayandırmağa məcbur etdim. Ona dedim: Bibi, addımlarında çox ehtiyatlı olmalısan, çünki çox yaxında İranla təkbətək qala bilərsən”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən