"Makronun Paşinyana təbriki İrəvan üçün pis siqnaldır"

 23:25 08.06.2026     331

Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladığı təbrik məktubu İrəvan üçün pis əlamətdir.

Redaktor.az xəbər verir ki, bu barədə Serbiyanın parlamentarisi Draqan Stanoeviç "RTVI" telekanalına verdiyi müsahibəsində bildirib.

Serbiyalı deputat analoji təbriklərin vaxtilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə də ünvanlandığını xatırladıb. O, Qərbin regiondakı siyasətini kəskin tənqid edərək vurğulayıb ki, Avropa və ABŞ-ın əsas məqsədi Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açmaqdır.

Parlamentari mövcud geosiyasi vəziyyəti bu sözlərlə şərh edib:

“Qərb yatıb yuxusunda Rusiyaya zərər vurmağı arzulayır. Bunun xatirinə onlar Ermənistana və digər Qafqaz respublikalarına Rusiyaya qarşı aparılan bu hibrid müharibədə onları proksi (alət) qüvvəyə çevirmək üçün hər şeyi vəd etməyə hazırdırlar”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən