"Qərb Fələstin üçün neokolonialist planlar irəli sürür" - Zaxarova

 23:38 08.06.2026     306

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb strukturlarının neokolonializm (yeni müstəmləkəçilik) prinsiplərinə uyğun hərəkət edərək, Fələstin torpaqlarının ərəb dövlətləri ilə birləşdirilməsini nəzərdə tutan şübhəli planlar irəli sürdüyünü bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə rusiyalı diplomatın nazirliyin rəsmi saytında dərc olunan şərhində bildirilib.

Zaxarova son vaxtlar Qərbin hökumət strukturları tərəfindən maliyyələşdirilən bəzi analitik mərkəzlərin ("beyin mərkəzləri") Fələstinin gələcəyi ilə bağlı yenidən müxtəlif "alternativ sxemlər" təbliğ etdiyinə diqqət çəkib. O qeyd edib ki, bu planlar Fələstin ərazilərinin qonşu ərəb dövlətlərinin tərkibinə qatılması kimi uğursuz variantları yenidən canlandırmaq məqsədi daşıyır.

Rusiya XİN rəsmi nümayəndəsi bu konseptlərin arxasında duran qüvvələri tənqid edərək deyib:

“Bu cür alternativ konsepsiyaların tərəfdarları beynəlxalq qərarları sarsıdır, region xalqlarının iradəsinə hörmətsizlik nümayiş etdirir və neokolonializm siyasəti yürüdürlər”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən