"İran yenidən hücum etsə, bütün gücümüzlə cavab verəcəyik” - Netanyahu

 23:58 08.06.2026     268

İsrail hazırkı mərhələdə İrana qarşı hava zərbələrini dayandırıb, lakin Tehran tərəfindən törədilə biləcək hər hansı yeni hücuma cavab vermək hüququnu özündə saxlayır.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu xalqa televiziya müraciəti zamanı bəyan edib.

Netanyahu atəşin dayandırılmasının səbəbini Tehranın geri çəkilməsi ilə əlaqələndirib və qarşı tərəfə xəbərdarlıq edib.

İsrail hökumətinin rəhbəri mövcud hərbi vəziyyəti bu sözlərlə ifadə edib:

“Hazırda atəş dayandırılıb, çünki biz Tehrandakı terror rejiminə zərbə endirdikdən sonra o, bizə hücum etməyi dayandırdı. Əgər İrandakı terror rejimi bir səhvə yol verib bizə yenidən hücum edərsə, biz bütün gücümüzlə cavab verəcəyik”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən