Əraqçi Paşinyana mesaj GÖNDƏRDİ
İranın xarici işlər naziri Abbas Əraqçi Ermənistanın Baş naziri Nikol Paşinyanı partiyasının parlament seçkilərində qazandığı uğur münasibətilə təbrik edib və iki ölkə arasında konstruktiv əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Redaktor.az xəbər verir ki, Abbas Əraqçi Paşinyana təbrikini zöünün sosial media hesabında paylaşıb.
O, mesajında bildirib:
“Ermənistanın Baş naziri cənab Nikol Paşinyana və onun partiyasına seçki qələbəsi münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Qonşularımız bizim prioritetimizdir.”
Əraqçi həmçinin İran və Ermənistan arasındakı münasibətlərdə mövcud müsbət dinamikanın qorunub saxlanılması və konstruktiv əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanların yaranmasından məmnun olduqlarını ifadə edib.













