Çin G7 sammitində iştirak edə bilər
Fransa Prezidenti Emmanuel Macron Çinin G7 (“Böyük yeddilik”) sammitinin müzakirələrinə cəlb olunmasını istəyir.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Makron qlobal ticarətdə mövcud olan balanssızlıqların müzakirəsi məqsədilə G7 ölkələri ilə Çin arasında videokonfransın keçirilməsini planlaşdırır. Görüşün növbəti həftə keçiriləcək G7 sammiti ərəfəsində baş tutacağı bildirilir.
G7-yə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiya daxildir.
NURİYYƏ













