Ərdoğan erməni din adamı ilə nələrdən DANIŞDI?

 13:13 09.06.2026     185

İstanbul Erməni Patriarxlığının rəhbəri Sahak Maşalyan GTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.

Redaktor.az xəbər verir ki, görüş zamanı Türkiyədəki erməni icmasını maraqlandıran məsələlər müzakirə olunub.

Tərəflər həmçinin İskəndərunda yerləşən “Qırx körpə” kilsəsi və Diyarbəkirdəki “Sarkis” kilsəsinin bərpası üzrə görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Arxiyepiskop Sahak Maşalyan erməni icması adından Türkiyə prezidentinə göstərdiyi diqqətə görə təşəkkür edib, ona cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən