“Ukrayna Aİ üzvlüyü üçün bütün klasterləri açmağa hazırdır” - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqına üzvlük prosesi ilə bağlı mühüm açıqlama verib.
Redaktor.az xəbər verir ki, bu barədə “Avropa Pravda” məlumat yayıb.
Zelenski bildirib ki, Kiyev Avropa İttifaqına üzvlük üçün tələb olunan dialoqun aparılması məqsədilə bütün altı klasterin açılması üçün zəruri addımları atıb.
“Biz heç bir maneə görmürük və bu irəliləyişin əldə olunması, klasterlərin açılması vacibdir. Rusiya da bunu görməlidir ki, Avropa öz vədlərini yerinə yetirir və öz maraqlarından geri çəkilmir”, – deyə Ukrayna lideri vurğulayıb.
Məlumata görə, Avropa Komissiyasının nümayəndəsi Marta Kos bir gün əvvəl Ukraynanın Aİ-yə üzvlük danışıqlarının iyunun 15-də rəsmi olaraq başlanacağını açıqlayıb.
Onun sözlərinə əsasən, həmin tarixdə Ukrayna ilə hökumətlərarası konfrans keçiriləcək və bu çərçivədə ədliyyə, institutlar, satınalma sistemləri, maliyyə nəzarəti və statistika kimi sahələr üzrə müzakirələr aparılacaq.
Aminə ŞAHSUVARQIZI













