Bu ölkə süni intellektə 255 milyard avro yatıracaq

 22:16 09.06.2026     284

Çin hökuməti növbəti beş il ərzində məlumatların emalı mərkəzlərinin tikintisinə təxminən 2 trilyon yuan və ya 255 milyard avro sərmayə yatırmağı planlaşdırır.

Redaktor.az “Bloomberg”ə istinadən xəbər verir ki, Pekin bu investisiyalar vasitəsilə ölkənin süni intellekt sektorunu genişləndirməyə və bu texnologiya sahəsində ABŞ-ni qabaqlamağa çalışır.

“China Mobile” və “China Telecom Corp” kimi dövlət şirkətləri məlumatların emalı mərkəzlərinin böyük hissəsini idarə edəcək və onların şəbəkəyə qoşulmasını təmin edəcəklər.

Texnologiya sektorunda, o cümlədən süni intellekt üçün çiplərin istehsalı sahəsində “Huawei” kimi yerli şirkətlərə üstünlük veriləcək. Nəticədə “Nvidia” və “Advanced Micro Devices” kimi ABŞ istehsalçılarının mövqeləri zəifləyə bilər.

Vumart və Güvən reklamı Vumart Güvən