İran ABŞ bazasını VURDU

 09:10 10.06.2026     253

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi zərbələrə cavab olaraq İordaniyada yerləşən “Muvaffaq Salti” hərbi bazasına raket hücumu həyata keçirdiyini açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, bildirilir ki, cavab əməliyyatları çərçivəsində regiondakı ABŞ-yə məxsus dəniz və hava hərbi obyektlərinə ümumilikdə 21 zərbə endirilib.

Belə ki, İordaniyadakı “Muvaffaq Salti” hərbi bazası uzaqmənzilli raketlərlə vurulub. İran tərəfi hücum nəticəsində bazadakı bir sıra mühüm obyektlərin, o cümlədən, F-35 qırıcı təyyarələrinin yerləşdiyi anqarların hədəf alındığını açıqlayıb.

İnqilab Keşikçiləri Korpusu bəyanatında ABŞ-nin bölgədəki hərbi əməliyyatlarını davam etdirəcəyi təqdirdə daha sərt cavab tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edib.

Vumart və Güvən reklamı Vumart Güvən