Tramp İranla razılaşmanın yaxın olduğuna inanır
ABŞ Prezidenti Donald Tramp İranla bağlı danışıqlarda yekun razılaşmanın hələ də mümkün olduğunu düşünür.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, son hücumlar və gərginliyə baxmayaraq, Vaşinqtonun İranla mümkün sazişə dair mövqeyində ciddi dəyişiklik baş verməyib.
“Hazırda müqavilədə heç nə dəyişməyib. Dünən bir helikopter vurulub. Biz də buna uyğun cavab verməliyik, amma eyni zamanda, razılaşma hələ də yekunlaşdırılmalıdır”, – deyə mənbə qeyd edib.
Rəsminin sözlərinə görə, İrana qarşı hərbi əməliyyatlar və diplomatik danışıqlar bir-birini istisna etmir və paralel şəkildə davam edə bilər.
Mənbə əlavə edib ki, bütün çətinliklərə baxmayaraq, İranla mümkün razılaşma “hələ də yaxındır” və tərəflər diplomatik həll variantını gündəmdə saxlayırlar.
Aytəkin TOFİQQIZI













