Aİ İsrailə qarşı daha sərt məhdudlaşdırıcı tədbirləri niyə tətbiq edə bilmir? - Kallas AÇIQLADI

 10:48 10.06.2026     170

Üzv dövlətlər arasında razılıq olmaması səbəbindən İsrailə qarşı daha sərt məhdudlaşdırıcı tədbirlərin tətbiqi mümkün olmur.

Redaktor.az xəbər verir ki, bu haqda Avropa İttifaqının təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "RTE" televiziya kanalına müsahibəsində danışıb.

O, Aİ-nin Rusiya və İsrailə münasibətdə fərqli yanaşmalar nümayiş etdirməsi ilə bağlı suala cavabında qeyd edib ki, birlik daxilində bu məsələyə baxışlar eyni deyil.

“Biz vahid deyilik. Tarixi səbəblərə görə vəziyyətə fərqli yanaşan ölkələr var və ortaq mövqeyə gəlmək olduqca çətindir”, – deyə diplomat vurğulayıb.

Kallasın sözlərinə görə, Avropa Komissiyası yaxın vaxtlarda İsrailə qarşı yeni məhdudiyyətlər paketi təklif edəcək. Lakin o hesab edir ki, üzv ölkələr arasında fikir ayrılığı səbəbindən həmin tədbirlərin qəbul olunma ehtimalı yüksək deyil.

Aİ-nin xarici siyasət rəhbəri bu vəziyyətin birlik üçün məyusedici olduğunu da etiraf edib. Onun fikrincə, üzv dövlətlər arasında ortaq mövqenin formalaşdırılmasındakı çətinliklər Aİ-nin beynəlxalq məsələlərdə vahid siyasət yürütməsini çətinləşdirir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən