Netanyahu seçkilərə qatılacaq - “Likud”dan rəsmi AÇIQLAMA 

 13:28 10.06.2026     192

İsrailin Baş naziri Benyamin Netanyahu qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Netanyahunun lideri olduğu “Likud” partiyası bəyanat yayıb.

“Baş nazir Netanyahu qarşıdakı seçkilərdə iştirak edəcək”, - partiyanın bəyanatında vurğulanıb.

Bəyanatda Netanyahunun qalib gələcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp "ABC News"a müsahibəsində Netanyahunun seçkilərdə iştirak etməyi planlaşdırıb-planlaşdırmadığını bilmədiyini deyib.

Xatırladaq ki, İsraildə seçkilərin oktyabr ayında keçiriləcəyi gözlənilir. Bu, İsraildə 2023-cü il 7 oktyabr hadisələrindən sonra ilk seçki olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən