Tramp İrana yeni zərbələrlə HƏDƏLƏDİ

 17:12 10.06.2026     220

ABŞ Prezidenti Donald Tramp İran ərazisində yerləşən elektrik stansiyaları və körpülərə yeni zərbələr endirilməsi barədə qərar verməyə yaxın olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Fox News" telekanalının müxbiri Trey Yinqst məlumat yayıb.

Jurnalistin sözlərinə görə, Tramp onunla söhbətində İrandakı enerji və nəqliyyat infrastrukturuna qarşı yeni hücum əmri verməyə yaxın olduğunu deyib.

Bundan bir neçə saat əvvəl ABŞ prezidenti İran rəhbərliyinin Vaşinqtonla münaqişənin nizamlanmasına dair danışıqları gecikdirdiyini və bunun əvəzini ödəməli olacağını bildirib. Trampın sözlərinə görə, Tehrana razılaşma çərçivəsində onlar üçün olduqca əlverişli şərtlər təklif edilə bilərdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən