ABŞ lideri İrana qarşı əməliyyat siqnalı verdi
ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi kampaniyanın başladılması ilə bağlı əmr verməyi nəzərdən keçirdiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə “Fox News”a istinadən məlumat yayılıb.
Tramp Hörmüz boğazında baş verən insident zamanı hədəfə alınan helikopterlə bağlı vəziyyəti şərh edərək pilotların sağ qalmasını “möcüzə” adlandırıb.
Onun sözlərinə görə, hadisə zamanı yanan pilotsuz uçuş aparatı iki pilotun arasında düşsə də, partlayış baş verməyib və pilotlar helikopteri suya endirərək daha böyük faciənin qarşısını alıblar.
ABŞ Prezidenti həmçinin bildirib ki, İranın müxtəlif infrastruktur obyektlərinə, o cümlədən elektrik stansiyaları və körpülərə zərbələr endirilməsi ehtimalını nəzərdən keçirir.
“Mən buna davam edə bilərəm. Onların razılaşma imzalamaq və sağ qalmaq üçün şansı var idi”, – deyə Tramp əlavə edib.
Ağ Evdən rəsmi təsdiq verilməsə də, bəyanatların regionda gərginliyi daha da artıra biləcəyi qeyd olunur.













