NATO orduları üçün təcili qərar: "Cəbhəyanı ölkələr" üçün PUA-lar alınacaq

 23:05 10.06.2026     265

NATO-ya üzv olan 32 ölkənin səfirləri planlı iclasda "cəbhəyanı dövlətlərin" təhlükəsizliyini gücləndirmək məqsədilə pilotsuz uçuş aparatlarının (PUA) sürətləndirilmiş satınalma imkanlarını müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" qəzeti özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, öz ərazisində hərbi mövcudluğun gücləndirilməsi ilə bağlı NATO-ya rəsmi sorğunu Rumıniya ünvanlayıb. Lakin mənbələr bu satınalmaların dəqiq nə vaxt baş tutacağını və alyansın dronları konkret hansı ölkədən və ya istehsalçıdan alacağını açıqlamayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən