ABŞ və İsrailin İran müharibəsi "Böyük Yeddilik"də müzakirə olunacaq

 23:20 10.06.2026     412

Fransa Prezidenti Emmanuel Makron iyunun 15-dən 17-dək ölkənin cənub-şərqində yerləşən Evian şəhərində keçiriləcək "Böyük Yeddilik" (G7) sammitində kimlərin iştirak edəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Fransa liderinin bu barədə bəyanatını TASS agentliyi yayıb.

Parisdə təşkil olunan mətbuat konfransında çıxış edən Makron sammit iştirakçılarının adlarını çəkərək bildirib ki, builki görüşdə G7 üzvləri ilə yanaşı, Yaxın Şərqin dörd aparıcı dövlətinin, həmçinin Asiya, Afrika və Cənubi Amerika ölkələrinin nümayəndələri də iştirak edəcəklər.

Verilən məlumata görə, iyunun 16-da G7 liderləri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi, eləcə də İranın nüvə və raket proqramları ətrafındakı mövcud vəziyyətlə bağlı xüsusi işçi iclası keçirəcəklər. Liderlər eyni zamanda ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin digər ölkələrin iqtisadiyyatına göstərdiyi qlobal təsirləri də masaya yatıracaqlar.

"Həmin xüsusi iclasda G7 liderlərinə Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də qoşulacaq", — deyə Fransa Prezidenti vurğulayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən