Cənubi Koreyada yeni qida trendi: Keçi ətinə maraq artır

 09:07 11.06.2026     252

Cənubi Koreyada it ətinin istehsalı və satışına qoyulan qadağadan sonra ölkədə keçi ətinə maraq artıb.

Redaktor.az xəbər verir ki, bu haqda yerli sakinlər danışıb.

Yerli sakinlərin sözlərinə görə, keçi əti dad baxımından it ətinə bənzədiyi üçün bəzi istehlakçılar tərəfindən alternativ kimi qəbul edilir. Bildirilir ki, hər iki məhsulun hazırlanması zamanı özünəməxsus qoxunu aradan qaldırmaq üçün oxşar ədviyyatlardan istifadə olunur.

Məlumata görə, Cənubi Koreya it ətinin tam qadağan olunmasına hazırlaşdığı bir vaxtda qara keçi yetişdirən təsərrüfatların sayı da artır. Ekspertlər hesab edirlər ki, bu tendensiya ölkədə ənənəvi ət məhsullarına olan tələbatın yeni istiqamətdə formalaşmasına səbəb ola bilər.

Qeyd edək ki, Cənubi Koreya hökuməti heyvanların müdafiəsi ilə bağlı narahatlıqları nəzərə alaraq it ətinin istehsalı və satışının mərhələli şəkildə dayandırılması barədə qərar qəbul edib. Bu dəyişiklik ölkədə uzun illərdir davam edən qida ənənələri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən