Çin liderinin Şimali Koreya səfəri ilə bağlı yeni DETALLAR

 10:00 11.06.2026     235

Çin Prezidenti Si Cinpinin Şimali Koreyaya səfərinin əsas məqsədinin Pxenyanın ABŞ ilə bağlı planlarını nəzarətdə saxlamaq olduğu iddia edilir.

Redaktor.az xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Pekin nüvə silahına malik qonşusunun addımlarını yaxından izləməyə çalışır.

Əvvəllər Pxenyanın əsas məqsədi ABŞ ilə münasibətləri normallaşdırmaq idisə, indi diqqətin daha çox qarşıdurma siyasətinə yönəldiyi bildirilir.

Məlumata görö, belə bir vəziyyət Çin üçün müəyyən risklər yaradır. ABŞ ilə Şimali Koreya arasında mümkün gərginliyin Pekinə də təsir göstərə biləcəyi qeyd olunur. Bu səbəbdən Çin rəhbərliyinin Pxenyanın planlarından xəbərdar olmaq və prosesləri yaxından izləmək istədiyi vurğulanır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən