Ukraynada döyüşmək istəyən rusiyalıların sayı AZALIR

 10:59 11.06.2026     234

Rusiyada getdikcə daha az insan Rusiya Müdafiə Nazirliyi ilə müqavilələr imzalamağa və Ukraynada döyüşməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatında deyilir.

2026-cı ilin birinci rübündə Müdafiə Nazirliyi ilə müqavilələr imzaladıqdan sonra 71.200 nəfər hərbi xidmətə çağırış üçün birdəfəlik bonus alıb. Bu, 2025-ci illə müqayisədə 20% azalmadır.

2025-ci ilin bütün ili ərzində 363.900 nəfər Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb ki, bu da 2024-cü illə müqayisədə 10% azdır".

ISW qeyd edir ki, Rusiya artan itkilər fonunda getdikcə daha çox işə qəbul çətinlikləri ilə üzləşir. Buna görə də Kreml bu çatışmazlıqla mübarizə aparmaq üçün ehtiyatlar ayırmağa, müqavilə imzalama bonuslarını artırmağa və gizli səfərbərlik səylərini genişləndirməyə məcburdur.

Rusiya say üstünlüyünü saxlayır, lakin Ukraynanın dronlar və orta mənzilli zərbələrlə bu üstünlüyü neytrallaşdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən