ABŞ mərmisi Oman sahilləri yaxınlığında İran yük gəmisini vurub - İran

 12:19 11.06.2026     200

İran Oman körfəzində ölkəyə məxsus yük barjasının ABŞ tərəfindən atılan mərmi ilə vurulduğunu açıqlayıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Hörmüzqan əyalətinin Sirik dairəsinin qubernatoru məlumat verib.

Bildirilib ki, Sirik sakinlərinə məxsus olan və Omanın Xasab limanından zəruri ərzaq və digər yüklər daşıyan 150 tonluq yük barjası limandan təxminən 5 dəniz mili məsafədə olarkən zərbəyə məruz qalıb.

Hadisə nəticəsində gəmidə olan beş ekipaj üzvü ərazidən keçən digər gəmilər tərəfindən xilas edilərək Omana çatdırılıb.

Qeyd edək ki, iyunun 10-da ABŞ Prezidenti Donald Tramp İranı danışıqları uzatmaqda ittiham etmiş və Vaşinqtonun İrana qarşı genişmiqyaslı hücum həyata keçirə biləcəyini bildirmişdi. İyunun 11-nə keçən gecə isə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana əlavə zərbələrin endirildiyini açıqlayıb.

Buna cavab olaraq Tehran ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə və gəmilərinə qarşı hücumlar həyata keçirdiyini bəyan edib. İran ordusunun İraqın şimalındakı Əl-Hərir bazasını, Hörmüz boğazındakı ABŞ gəmilərini və Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının qüvvələrini hədəf aldığı bildirilib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən