Ermənistan Türkiyə sərhədini niyə və necə açır? - TƏFƏRRÜAT

 13:27 11.06.2026     291

Ermənistan hökuməti Türkiyə ərazisi vasitəsilə Livana humanitar yardım göndərilməsi barədə qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, müvafiq qərar cümə axşamı keçirilən hökumət iclasında təsdiqlənib.

Fərmana əsasən, Ermənistan–Türkiyə sərhədində yerləşən Markara keçid məntəqəsi humanitar yardımın daşınması üçün iyunun 12-dən 22-dək açıq olacaq.

Qeyd edilir ki, bu addım Türkiyə tərəfi ilə razılaşdırılıb və iki ölkə arasında sərhəd keçidinin humanitar məqsədlərlə istifadəsi çərçivəsində həyata keçirilir.

Sənəddə bildirilir ki, İsrail hücumları nəticəsində zərər çəkmiş Livan əhalisinə, o cümlədən erməni icmasının nümayəndələrinə humanitar yardım göstərilməsi qərara alınıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən