Erməni zabit tank təlimlərində həlak oldu
İyunun 10-da Ermənistan Müdafiə Nazirliyinin zabiti N.A.-nın ölümü faktı ilə bağlı cinayət işi başlanıb və hazırda ilkin istintaq aparılır.
Redaktor.az xəbər verir ki, bu barədə news.am saytına respublikanın İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, bundan əvvəl yerli KİV-lər ötən gün "Baqramyan" hərbi poliqonunda keçirilən tank təlimləri zamanı bir zabitin dünyasını dəyişdiyi barədə məlumat yaymışdılar.













