Tehranda pravoslav kilsəsində qarət: Araşdırma aparılır

 18:27 11.06.2026     228

İranda xristian dini icmasına məxsus məbədlərdən biri qarət olunub.

Redaktor.az xəbər verir ki, səfirliyin açıqlamasında hadisəyə kəskin etiraz ifadə olunub və belə halların gözlənilməz olduğu bildirilib.

Açıqlamada qeyd olunur: “Biz heç vaxt inanmazdıq ki, İranda xristian müqəddəslərinə belə münasibət göstərəcək və onilliklər boyu tək Allaha inamın qoruyucusu olan məbədimizi təhqir edəcək şəxslər tapılar”.

Məlumata görə, qarət edilən məbəd İranın ən qədim pravoslav kilsələrindən biri hesab olunur və Tehranda yerləşən Rusiya Pravoslav Kilsəsinə məxsus yeganə ibadət yeridir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.

Vumart və Güvən reklamı Vumart Güvən