Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir
Rusiya qazının tədarükündə problem yaranacağı və ya qiymət artımı baş verəcəyi təqdirdə, Ermənistan alternativ enerji mənbələri axtarmağa hazırdır.
Redaktor.az xəbər verir ki, bu barədə “Armenia Today” Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyasının sədri Mesrop Mesropyanın açıqlamasına istinadən məlumat yayıb.
Mesropyan bildirib ki, belə bir vəziyyət yarandıqda ölkə müxtəlif bazarlara və resurslara yönələ bilər.
“Alternativlər qonşu ölkələrdə — Azərbaycan, Türkmənistan, İran və qaz ixrac edən, eləcə də infrastrukturu buna imkan verən bütün dövlətlərdə mövcuddur”, – deyə komissiya sədri brifinqdə qeyd edib.
Onun sözlərinə görə, hazırda Ermənistan Rusiya qazının qiymətinin artırılması ilə bağlı rəsmi bildiriş almayıb.













