Ermənistanda parlamentə namizəd daha bir şəxs həbs edildi

 18:55 11.06.2026     371

Seçkiqabağı dövrdə çoxsaylı şəxslərə maddi stimul verilməsi və külli miqdarda çirkli pulların yuyulması iddiaları ilə bağlı cinayət araşdırmasının bir hissəsi olaraq, "Güclü Ermənistan" blokundan parlamentə namizəd Artur Abrahamyan qiyabi həbs edilib və axtarışa verilib.

Redaktor.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.

Bundan əvvəl "Güclü Ermənistan" blokundan parlamentə namizəd Hayk Avakyana qarşı da həbs qətimkan tədbiri seçilib və o, axtarışa verilib.

Vumart və Güvən reklamı Vumart Güvən