Tatarıstanda dron yaşayış binasına çırpılıb, yaralananlar var
Tatarıstan Respublikasında pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.
Redaktor.az xəbər verir ki, bu haqda rəhbər Rüstəm Minnixanov " Telegram" kanalında paylaşım edib.
Məlumata görə, səhər saatlarında respublikanın Zakamski rayonu dronların kütləvi hücumuna məruz qalıb.
Bildirilib ki, pilotsuz aparatlardan biri yaşayış evinə dəyib. Hadisədən sonra bina sakinləri təxliyə olunub və onlar üçün müvəqqəti sığınacaq hazırlanır.
Minnixanovun sözlərinə görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılara tibbi yardım göstərilir.
Hadisənin təfərrüatları araşdırılır.
Aytəkin TOFİQQIZI













