ABŞ İranla razılaşma imzalaya bilər - Vens Cenevrəyə səfər edəcək

 10:37 12.06.2026     312

ABŞ Hərbi Hava Qüvvələri Vitse-prezident Cey Di Vensin mümkün Cenevrə səfəri üçün avadanlıqları Avropaya göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Laura Ruzen sosial şəbəkədə paylaşım edib.

Məlumata görə, yenilənmiş razılaşma layihəsini müzakirə edən vasitəçi ölkələrdən birinin diplomatı ABŞ və İranın müqavilə mətninə dair razılığa gəldiyini bildirib.

Lakin diplomat yekun təsdiqin hələ də verilmədiyini və prosesin tamamlanmadığını qeyd edib.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri Vitse-prezident Cey Di Vensin yaxın günlərdə mümkün imzalanma mərasimində iştirak etmək üçün Cenevrəyə səfəri halında istifadə olunacaq avadanlıqları çatdırmaq məqsədilə Avropaya yola düşüb.

Qeyd olunub ki, tərəflər arasında əldə olunduğu iddia edilən razılaşma ilə bağlı hələlik rəsmi təsdiq verilməyib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən