“Güclü Ermənistan” seçkilərin nəticələrinin ləğvini tələb edir

 11:30 12.06.2026     221

İş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun nümayəndələri son parlament seçkilərinin nəticələrinin etibarsız hesab olunması tələbi ilə Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə xarici televiziya kanalları məlumat yayıb.

Məlumata görə, blokun nümayəndələri seçki nəticələrinin ləğvi ilə bağlı ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün quruma gəliblər.

“Güclü Ermənistan” blokunun üzvü Aram Vardevanyan bildirib ki, müraciət yalnız səsvermə günü qeydə alınan pozuntularla deyil, ümumilikdə seçki prosesinin gedişi ilə bağlı narazılıqlara əsaslanır.

Onun sözlərinə görə, seçki kampaniyası dövründə və səsvermə zamanı çoxsaylı qanun pozuntuları müşahidə olunub.

Vardevanyan qeyd edib ki, hətta ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qiymətləndirməsinə əsasən, bu seçkilər 2021-ci ildə keçirilən parlament seçkilərindən daha problemli olub.

Bildirilib ki, müxalif blok seçkilərin nəticələrinin yenidən qiymətləndirilməsini və onların etibarsız hesab olunmasını tələb edir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən