Dünyanin ilk trilyonçusu o oldu - Bu qədər pulu var

 13:06 12.06.2026     367

Amerikalı iş adamı İlon Mask dünyanın ilk trilyonçusu olub.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, kosmik texnologiya şirkəti “SpaceX”⁠-in rekord həcmli IPO-su nəticəsində şirkət 75 milyard dollar investisiya cəlb edib və bu hadisə İlon Maskın sərvətini 1,1 trilyon dollardan çox səviyyəyə yüksəldib.

IPO-dan əvvəl İ.Maskın sərvəti təxminən 780 milyard dollar hesablanırdı. Onun sərvətinin əsas hissəsi “SpaceX”-dəki payından formalaşır və bu payın dəyəri təxminən 866 milyard dollar qiymətləndirilir.

Qeyd edək ki, İ.Mask hazırda Tesla⁠, X (Twitter)⁠, xAI⁠, Neuralink⁠ və The Boring Company⁠ kimi şirkətlərin rəhbəri və ya həmtəsisçisidir. Beləliklə, o, sərvəti 1 trilyon dolları aşan ilk insan kimi tarixə düşüb. investorların ona və biznes vizyonuna olan inamı isə hələ də yüksək olaraq qalır.

Vumart və Güvən reklamı Vumart Güvən