Rusiyalıların 73 faizi Putinə etibar edir - Sorğu
İctimai Rəy Fondunun (FOM) keçirdiyi sorğaya görə, rusiyalıların əksəriyyəti Prezident Vladimir Putinə etibar edir.
Redaktor.az bu haqda fondun sorğu nəticələrinə istinadla məlumat verir.
Araşdırmanın nəticələrinə əsasən, respondentlərin 73 faizi Putinə güvəndiyini bildirib, 16 faizi isə əks mövqe nümayiş etdirib. Sorğuda iştirak edənlərin 75 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirib.
Sorğu göstərib ki, Rusiya Dövlət Dumasına seçkilər yaxın bazar günü keçirilsəydi, respondentlərin 36 faizi Vahid Rusiya Partiyasına, 12 faizi Liberal Demokrat Partiyasına (LDPR), 8 faizi isə Kommunist Partiyasına səs verərdi.
Bundan əlavə, respondentlərin 46 faizi hökumətin fəaliyyətini müsbət qiymətləndirib.
Aytəkin TOFİQQIZI













