Seyran Ohanyan məhkəməyə məcburi gətiriləcək
Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanın məhkəməyə məcburi şəkildə gətirilməsi barədə qərar verilib.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, məhkəmə bu qərarı Ohanyanın proseslərə qatılmaması səbəbindən qəbul edib.
Qərara əsasən, hüquq-mühafizə orqanları onun məhkəmə iclasına məcburi qaydada gətirilməsini təmin edə bilər.













