Azərbaycanda baş verən zəlzələ Ermənistanda da hiss OLUNDU

 17:00 12.06.2026     310

Azərbaycanda qeydə alınan zəlzələ Ermənistanın bir sıra bölgələrində də hiss olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi iyunun 12-də 5.1 maqnitudalı zəlzələ qeydə alıb.

Bildirilib ki, yeraltı təkanların episentri Şəki şəhərindən 52 kilometr cənub-şərqdə yerləşib və zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.

Ermənistan Xilasetmə Xidmətinin məlumatına əsasən, episentrdə zəlzələnin intensivliyi 7 bala çatıb.

Qeyd olunub ki, yeraltı təkanlar Ermənistanın Tavuş, Geğarkunik və Sünik vilayətlərində 3-4 bal gücündə hiss edilib.

Hadisə nəticəsində dağıntı və ya xəsarətlə bağlı məlumat verilməyib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən