İsrail ABŞ-yə İranın bloklanmış aktivləri ilə bağlı təzyiq göstərir

 18:38 12.06.2026     222

İsrail ABŞ-nin İranın bloklanmış maliyyə aktivlərini azad etmə planına qarşı çıxır.

Redaktor.az xəbər verir ki, bu barədə CNN İsraildən olan məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail ABŞ-ni İranın dondurulmuş aktivlərinin azad edilməsi ideyasından imtina etməyə və bu məsələnin mümkün razılaşmaya daxil edilməsinin qarşısını almağa çalışır.

Bildirilib ki, Vaşinqton və Tehran arasında müzakirə olunan 14 maddəlik potensial razılaşmada İranın bloklanmış maliyyə vəsaitlərinin mərhələli şəkildə azad edilməsi məsələsi də yer alır.

Qeyd olunub ki, İsrail bu addımın regional təhlükəsizlik baxımından risklər yarada biləcəyini hesab edir və ABŞ-nin mövqeyinə təsir göstərməyə çalışır.

 

Vumart və Güvən reklamı Vumart Güvən