Tramp da İran mediasının yaydığı saziş iddialarını təkzib ETDİ
ABŞ Prezidenti Donald Tramp İran mediasında yayılan ABŞ–İran sazişi ilə bağlı iddiaların doğru olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
Məlumata görə, ABŞ lideri İran mediasında yayılan sənəd detallarının həqiqəti əks etdirmədiyini və rəsmi razılaşdırılmış şərtlərlə uyğun gəlmədiyini qeyd edib.
Tramp bildirib ki, yayılan məlumatlar “saxta xəbər” xarakteri daşıyır və real danışıqlarda əldə olunan razılaşmalarla heç bir oxşarlıq təşkil etmir.
Aminə ŞAHSUVARQIZI













