Zelenski və Tramp G7 sammitində iştirak edəcək - AFP

 19:57 13.06.2026     305

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək G7 sammitində iştirak edəcək.

Redaktor.az AFP-yə istinadla xəbər verir ki,  sammit iyunun 15-17-də Fransanın Evian-les-Bains şəhərində keçiriləcək.

Məlumata görə, dəvət olunmuş liderlərin, o cümlədən Zelenskinin iştirakı ilə sessiyaların çərşənbə axşamı baş tutacağı bildirilir.

G7 liderləri Ukrayna Prezidenti ilə birlikdə Rusiyanı müharibənin dayandırılması ilə bağlı danışıqlara məcbur etmək üçün vahid yanaşma formalaşdırmağa çalışacaqlar.

Fransa Prezidenti Emmanuel Macron bildirib ki, Zelenskinin sammitdə iştirakı G7 daxilində, xüsusilə də danışıqlar məsələsində konsensusun bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Vumart və Güvən reklamı Vumart Güvən