İran uran saxladığı tunellərin girişini dağıdır

 20:33 13.06.2026     323

İran zənginləşdirilmiş uran saxlayan obyektlərdə təhlükəsizliyi gücləndirib. 

Redaktor.az xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatına istinadən yazıb. 

Mənbənin məlumatına görə, Tehran son bir neçə həftə ərzində nüvə dərəcəli uran ehtiyatını gizlətməyə çalışır. Bu məqsədlə hakimiyyət orqanları qəsdən tunelləri dağıdır və anbarların girişlərini partlayıcı maddələrlə doldurur: 

"Təxminən yarım tonluq yüksək dərəcədə zənginləşdirilmiş uranı tapmaq bir ay əvvəlkindən daha çətindir".

Vumart və Güvən reklamı Vumart Güvən