ABŞ-də hərbi təyyarə qəzaya uğradı

 11:03 14.06.2026     181

ABŞ-nin Vaşinqton ştatının Yakima dairəsində hərbi təyyarə qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, pilot katapult edərək təyyarəni tərk edib və xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri hələlik açıqlanmayıb.

Hadisə nəticəsində ərazidə meşə yanğını başlayıb. Xilasedicilər qəzanın baş verdiyi Rimrok gölü yaxınlığında istirahət edən şəxsləri təxliyə ediblər.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən