Tehranda kritik saatlar: Qətər vasitəçiliyi ilə ABŞ-İran böhranı bu gün bitir?
Qətər danışıqçıları ABŞ və İran arasındakı münaqişəyə son qoyacaq razılaşmanı tamamlamaq məqsədilə Tehrana yola düşüblər.
Redaktor.az “Reuters” agentliyinin mənbələrinə istinadən xəbər verir ki, diplomatlar bu səhər saatlarında İran paytaxtına gəliblər.
Məlumata görə, artıq üç aydan çoxdur davam edən regional münaqişəyə nöqtə qoyacaq tarixi sənədin elə bu gün, yəni iyunun 14-də imzalana biləcəyi gözlənilir.
Agentlik qeyd edir ki, sözügedən vaxt çərçivəsi barədə proqnoz daha əvvəl ABŞ və Pakistan liderləri tərəfindən də səsləndirilib. Bununla belə, Tehran tərəfi sazişin əldə olunması üçün müəyyən edilən bu vaxt qrafikinə hələ ki şübhə ilə yanaşır.
Aminə ŞAHSUVARQIZI













