Antarktidada buz örtüyü bir daha bərpa olunmaya bilər! - Alimlərdən qorxulu PROQNOZ

 12:34 14.06.2026     196

Qərbi Antarktida sahillərindəki Bellinshauzen dənizinin təxminən 650 000 kvadrat kilometr ərazini əhatə edən və təxminən Fransa ölçüsündə olan nəhəng bir hissəsi qış mövsümündə tamamilə buzsuz qalıb.

Redaktor.az ABC telekanalının peyk şəkillərinə istinadən verdiyi məlumata görə, bu bölgədəki sular adətən hər il iyun ayında tamamilə buzla örtülsə də, cari 2026-cı ildə demək olar ki, buzsuz qalıb. Alimlər artıq həyəcan təbili çalaraq, sözügedən ərazidə buz örtüyünün bir daha heç vaxt bərpa olunmamasından ciddi narahatlıq keçirirlər.

Tədqiqatçıların fikrincə, Antarktida dəniz buzlarının səviyyəsi hələ 2023-cü ildən başlayaraq rekord həddə azalma tendensiyası nümayiş etdirir. Ekspertlər xəbərdar edir ki, buz örtüyünün bu dərəcədə sürətlə itirilməsi qlobal dəniz səviyyəsinin kritik şəkildə yüksəlməsinə, eləcə də başda pinqvinlər olmaqla bütün dəniz canlılarının həyatına və ekosistemə dağıdıcı təsir göstərəcək.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən