Lavrov və Fidan regional məsələləri müzakirə edəcəklər
Rusiya xarici işlər naziri Sergey Lavrov 15-17 iyun tarixlərində Moskvaya rəsmi səfər edəcək Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Yaxın Şərq və Qara dəniz bölgəsindəki gərgin vəziyyəti müzakirə edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib.
Nazirlikdən verilən məlumata görə, danışıqlar zamanı tərəflər ABŞ-İsrail təcavüzü kontekstində Yaxın Şərqdə yaranmış mövcud gərginliyi, həmçinin Fələstin probleminin ədalətli həlli perspektivlərini diqqət mərkəzində saxlayacaqlar. Bununla yanaşı, Qara dəniz bölgəsində təhlükəsiz naviqasiyanın təmin edilməsi və regional sabitliyin qorunması istiqamətində atılacaq addımlar barədə əsaslı fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, hər iki nazir regional təhlükəsizlik məsələlərində koordinasiyanın gücləndirilməsi üçün ikitərəfli təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Aminə ŞAHSUVARQIZI













