"ABŞ administrasiyası İranla müqavilənin bu gün imzalanacağına əmindir"
ABŞ administrasiyasının rəsmiləri rəsmi Tehranla mühüm sazişin bazar günü imzalanacağına tam əmin olduqlarını bəyan ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Valts "ABC News" telekanalına müsahibəsində məlumat verib.
Daimi nümayəndə rəhbərlik etdiyi komandanın bu məsələdə qətiyyətli olduğunu vurğulayıb:
"Mən əminəm, komanda əmindir. Mən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı və ya vitse-prezident C.D. Vensi əvvəlcədən mühakimə etmək istəmirəm, amma onlar bu tarixi addımı məhz bu gün atmaq niyyətindədirlər".
Bununla belə, Mayk Valts Vaşinqtonun maliyyə məsələlərindəki sərt mövqeyini də diqqətə çatdırıb. O qeyd edib ki, ABŞ tərəfi İrana əvvəlcədən hər hansı bir nağd tranş vermək fikrində deyil.
Amerika nümayəndəliyinin rəhbərinin sözlərinə görə, Tehrana məxsus dondurulmuş aktivlərin sərbəst buraxılması və ya tətbiq edilən iqtisadi sanksiyaların yumşaldılması məsələsi yalnız İran üzərinə götürdüyü öhdəlikləri və ödənişləri tam başa çatdırdıqdan sonra mərhələli şəkildə həyata keçiriləcək.
Aminə ŞAHSUVARQIZI













