Köçəryana Ermənistandan çıxışa icazə vermədilər
Ermənistanın sabiq prezidenti Robert Köçəryana ölkəni tərk etməsinə icazə verilməyib.
Redaktor.az xəbər verir ki, bu barədə onun mətbuat xidmətinin rəhbəri Baqrat Mikoyan "Beşinci Kanal"a müsahibəsində bildirib.
Məlumata görə, hüquq-mühafizə orqanları buna mane olaraq onun ölkəni tərk etməsinin qarşısını alıb. O, Zvartnos hava limanından geri qaytarılıb.













