İran nefti yenidən dünya bazarına qayıdır - Bəqayidən AÇIQLAMA

 17:36 15.06.2026     289

İran ABŞ ilə memorandum imzaladıqdan sonra sərbəst şəkildə neft sata biləcək.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinq zamanı məlumat verib.

"RIA Novosti"nin yaydığı məlumata görə, diplomat cümə günü baş tutması planlaşdırılan memorandum imzalandıqdan sonra İranın neft və neft-kimya məhsullarını sərbəst şəkildə satmaq imkanına malik olmalı olduğunu bildirib.

Bəqayi əlavə edib ki, əldə olunan razılaşmaya əsasən, İran tərəfi Hörmüz boğazında təhlükəsiz naviqasiyanı təmin etmək öhdəliyini öz üzərinə götürür. Bununla yanaşı, rəsmi Tehran göstərilən xidmətlər, ətraf mühitin mühafizəsi və gəmi sığortası üçün müvafiq ödənişlər də əldə edəcək.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən