ABŞ və İran arasında sənəd İMZALANDI

 20:45 15.06.2026     421

ABŞ və İran arasında əldə olunmuş qarşılıqlı anlaşma memorandumu rəsmi olaraq elektron (rəqəmsal) formatda imzalanıb.

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, İran tərəfindən tarixi sənədi ölkə parlamentinin sədri Məhəmməd Bağır Qalibaf imzalayıb. ABŞ tərəfdən isə memoranduma Prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vens imza atıblar.

Bildirilir ki, sənədin rəqəmsal formatda imzalanmasına baxmayaraq, tərəflərin iştirakı ilə keçiriləcək rəsmi imzalama mərasimi iyunun 19-da İsveçrədə baş tutacaq. Bu görüşdən sonra iki ölkə arasında münasibətlərin tənzimlənməsi istiqamətində danışıqların növbəti mərhələsinə start veriləcəyi gözlənilir.

 

Vumart və Güvən reklamı Vumart Güvən