“ABŞ İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır” - Vens

 21:36 15.06.2026     334

Vaşinqton İrana qarşı tətbiq edilən sanksiyaların əhəmiyyətli dərəcədə yumşaldılmasına hazırdır.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens CBS telekanalına verdiyi müsahibəsində bəyan edib.

Sanksiyaların ləğvi mexanizminin detallarına toxunan vitse-prezident ABŞ-nin İrana birbaşa maliyyə yardımı etməyəcəyini vurğulayıb: "Amerika pullarından bir dollar belə İrana getməyəcək. Amma iranlılar uzunmüddətli öhdəliklər götürsələr, biz sanksiyaların ciddi şəkildə yumşaldılmasına hazırıq”.

Vens həmçinin qeyd edib ki, rəsmi Tehranın öz nüvə proqramına dair götürəcəyi öhdəliklər beynəlxalq mexanizmlər tərəfindən tam təsdiqləndikdən sonra sanksiyaların mərhələli şəkildə aradan qaldırılması prosesinə başlanıla bilər.

 

Vumart və Güvən reklamı Vumart Güvən