“Vaşinqtonla saziş olmasa belə...” - Pezeşkian prioritetini AÇIQLADI

 22:24 15.06.2026     339

İran Prezidenti Məsud Pezeşkian rəsmi X  hesabında etdiyi paylaşımda ölkəsinin bütün variantlara tam hazır olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə İran dövlət başçısı öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Prezident Pezeşkian ABŞ ilə aparılan danışıqlara toxunaraq, Vaşinqtonla yekun razılaşmanın əldə edilib-edilməməsindən asılı olmayaraq, rəhbərlik etdiyi administrasiyanın əsas prioritetinin dəyişməz qalacağını vurğulayıb: "ABŞ ilə yekun razılaşmanın əldə edilib-edilməməsindən asılı olmayaraq, administrasiyamızın prioriteti xalqa xidmət etməkdə qalacaq".

O, İran dövlətinin və xalqının hər bir ssenariyə qarşı güclü və hazırlıqlı olduğunu xüsusilə ifadə edib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən