ABŞ və İran arasında memorandumun DETALLARI

 02:42 16.06.2026     295

ABŞ-nin Vitse-prezidenti C.D. Vens CNN-ə bildirib ki, ABŞ-İran anlaşma memorandumu qısa və ümumi sənəddir.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi telekanala müsahibəsində məlumat verib.

Rəsmi şəxsin sözlərinə görə, mətn təxminən bir yarım səhifədən ibarətdir. Memorandum gələcək texniki danışıqlar zamanı hazırlanacaq çərçivəni və strukturu müəyyən edir.

Vitse-prezident sənədin birinci abzasında ABŞ və İranın regional sülh və sabitliyin təmin edilməsinə öhdəlik götürdüklərini xüsusilə aydınlaşdırıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən